I Liqa: "Şəfa" "Səbail"i üstələdi, "Şahdağ Qusar" darmadağına sevindi

I Liqa: "Şəfa" "Səbail"i üstələdi, "Şahdağ Qusar" darmadağına sevindi

Azərbaycan I Liqasında XXI tur davam edir.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə 3 matç keçirilib.

Turun mərkəzi qarşılaşmaları məhz bu gün baş tutub. 

Premyer Liqaya can atan lider "Şəfa" ilə ən yaxın izləyicilərindən olan "Səbail" Binədə münasibətlərinə aydınlıq gətiriblər. "Şəfa" kollektivi çətin qələbəyə sevinib.

Digər iki qarşılaşma yarım saat gec başlayıb. İddialılardan "Mingəçevir" Şamaxıda autsayder "Şimal"ı məğlub edib. "Difai" isə Rahid Əmirquliyevin rəhbərlik etdiyi "Şahdağ Qusar"a məğlub olub.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Baku Sportinq” MOİK-i 3:1, “Cəbrayıl” isə “Zaqatala”nı 3:2 hesabı ilə üstələyib.

Azərbaycan I Liqası XXI tur 9 aprel 

“Şəfa” – “Səbail” 2:1

Qollar: E.Zamanov, 48. N.Əliyev, 57. - K.Quliyev, 61-pen. Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Anar Şıxəliyev Binə qəsəbə stadionu, 15:00

“Şimal” – “Mingəçevir” 0:3

Qollar: B.Həziyev, 62-pen, 87. K.Kalunqa, 73.  Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Bəhram Qurbanov Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30

“Difai” – “Şahdağ Qusar” 0:3

Qollar: F.Camalov, 10. K.Adjey, 29. S.Ağalarov,31. Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Buzovna qəsəbə stadionu, 15:30

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər