Azərbaycan I Liqasında 23-cü tur başlayır.
Fanat.Az xəbər verir ki, bütün oyunları eyni saatda start götürəcək turun ilk günündə 3 görüş baş tutacaq.
Lider "Şəfa" MOİK-i sınağa çəkəcək. Binədə keçiriləcək oyunu İslam Məmmədov idarə edəcək.
Bakılıların ən yaxın rəqibi "Mingəçevir" Şamaxıya səfər edəcək. Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda "Cəbrayıl"la üz-üzə gələcək.
Zaqatalada isə "şimal derbisi" olacaq. Rüstəm Məmmədovun komandası Rahid Əmirquliyevli "Şahdağ Qusar"ı qonaq edəcək.
Azərbaycan I Liqası 23-cü tur 22 aprel
16:00. “Şəfa” – MOİK Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Səfalı Ağayev, Niyaz Əhmədov. Hakim-inspektor: Ömər Paşayev. AFFA xəstəxanası: Elgiz Abbasov. Binə. Qəsəbə stadionu.
16:00. “Cəbrayıl” – “Mingəçevir” Hakimlər: Kamran Əliyev, Rəşad Quliyev, Elman Kərimov, Murad Səlimov. Hakim-inspektor: Ramil Diniyev. AFFA: Emin Cəfərov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
16:00. “Zaqatala” – “Şahdağ Qusar” Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Anar Bədəlov, Rasim Musayev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA: Anar Şıxəliyev. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
