I Liqa: "Şəfa" "Difai" ilə bacarmadı

I Liqa: "Şəfa" "Difai" ilə bacarmadı

Azərbaycan I Liqasında VIII tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun keçirilib.

Bağlanış matçında lider "Şəfa" autsayderlərdən olan "Difai" ilə üz-üzə gəlib. Elgiz Kərəmlinin baş məşqçisi olduğu bakılılar ötən gün "Səbail"in büdrəməsindən yararlana bilməyiblər.

Belə ki, lider zəif rəqibi ilə görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. Bununla belə, komandanın məğlubiyyətsiz oyunlar seriyası 22-yə çatıb (bu matçlardan 13-ü 2-ci, 8-i 1-ci Liqaya, 1-i isə Azərbaycan Kubokuna təsadüf edib). 

Qeyd edək ki, turun digər oyunlarında “Zaqatala” “Şahdağ Qusar”ı 1:0, “Mingəçevir” MOİK-i 3:0, “Cəbrayıl” isə “Şimal”ı 7:0 hesabı ilə məğlub edib, “Baku Sportinq” – “Səbail” matçı isə 0:0 nəticələnib.

Azərbaycan I Liqası VIII tur 22 noyabr 

“Şəfa” – “Difai” 1:1 Qollar: P.Azadov, 45+1 - B.Qurbanov, 62.

I Liqa: "Şəfa" "Difai" ilə bacarmadı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər