I Liqa: "Şəfa" paytaxt derbisini də qazandı, Cavid Hüseynov darmadağına üzüldü

I Liqa: "Şəfa" paytaxt derbisini də qazandı, Cavid Hüseynov darmadağına üzüldü

I Liqada 12-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 2 görüş baş tutub.

MOİK lider "Şəfa" ilə bacarmayıb. Eıgiz Kərəmlinin baş məşqçisi olduğu komanda "hərbçilər" üzərində inamlı qələbə qazanaraq zirvədəki mövqeyini möhkəmləndirib. Beləliklə, "Şəfa" qış fasiləsinə ən yaxın izləyicisi ilə 55 xallıq fərqlə yollanıb. 

Günün, turun və ilin son oyunu Ağsuda reallaşıb. "Difai" doğma meydanda "Cəbrayıl"la üz-üzə gəlib. Autsayderlərdən olan komanda Cavid Hüseynovlu "Cəbrayıl"a böyük hesabla qalib gəlib. 

Qeyd edək ki, tur çərçivəsində ötən gün baş tutan görüşlərdə "Mingəçevir" "Şahdağ Qusar"la bərabərə qalıb (1:1), "Səbail" "Şimal"a uduzub (3:4), "Baku Sportinq" isə "Zaqataladan üstün olub (2:1).  

Azərbaycan I Liqası 12-ci tur 25 dekabr 

MOİK – “Şəfa” 0:2 Qollar: N.Əliyev, 68. Z.Mərdanov, 83.

“Difai” – “Cəbrayıl” 5:2 Qollar: B.Qurbanov, 1; 18; 45+2. R.Hüseynov, 60. N.Həsənzadə, 81 - D.Açimi, 12. T.Əhmədov, 90+3-pen.

I Liqa: "Şəfa" paytaxt derbisini də qazandı, Cavid Hüseynov darmadağına üzüldü

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər