Azərbaycanın I Liqasında 14-cü tur bu gün start götürəcək.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə keçiriləcək görüşlərdən ikisi 14:30-da, biri 17:00-da başlayacaq.
Bugünkü oyunlar ilk "üçlük"də qərarlaşan komandaların iştirakı ilə reallaşacaq. İkinci yerdə qərarlaşan "Baku Sportinq" iddialılardan MOİK ilə üz-üzə gələcək. Rahid Əmirquliyevli “Şahdağ Qusar” isə Cavid Hüseynovun komandası “Cəbrayıl”ı sınağa çəkəcək.
Turun mərkəzi oyununda isə çempionluğa iddialı iki komanda - lider "Şəfa" ilə üçüncü yerdə qərarlaşan "Səbail" münasibətlərinə aydınlıq gətirəcəklər.
Azərbaycan I Liqası XIV tur 12 fevral 14.30. “Şahdağ Qusar” – “Cəbrayıl” Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Emin Cəfərov. Şamaxı. Olimpiya İdkan Kompleksinin stadionu.
14.30. “Baku Sportinq” – MOİK Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Eldəniz Musayev. Buzovna qəsəbə stadionu.
17.00. “Səbail” – “Şəfa” Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Elçin Mehtiyev. “Bayıl Arena”.