Azərbaycan I Liqasında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 matç baş tutacaq.
Zirvədə qərarlaşan "Şəfa" Buzovnada autsayder "Difai"nin qonağı olacaq. Elgiz Kərəmlinin baş məşqçisi olduğu bakılılar 3 xal qazanacağı halda, son iki turun nəticəsindən asılı olmayaraq çempionluğu bayram edəcək və Premyer Liqaya birbaşa vəsiqəni qazanacaq.
Liderin ən yaxın izləyicisi "Səbail" isə "Zaqatala" səfərinə yollanıb. Adil Şükürovun komandası 3 xal qazanacağı halda, əsas rəqiblərindən 4 xal aralanaraq elitaya vəsiqə üçün pley-off şansını artıracaq.
Günün daha bir görüşü Şamaxıda baş tutacaq. “Şimal” MOİK-i sınağa çəkəcək.
Ötən gün baş tutan açılış oyununda "Şahdağ Qusar" "Mingəçevir" üzərində inamlı qələbə (2:0) qazanıb.
Tura sabah yekun vurulacaq.
Azərbaycan I Liqası 25-ci tur 6 may
16:00. “Şimal” – MOİK Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
16:00. “Difai” – “Şəfa” Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Buzovna qəsəbə stadionu.
16:00. “Zaqatala” – “Səbail” Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
