Azərbaycan I Liqasında XVI tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutacaq.
Əsas izləyicilərinin ötən gün büdrəməsindən yararlanmaq istəyən "Şəfa" "Difai" ilə səfər qarşılaşmasından 3 xalla dönmək və zirvədəki mövqeyini möhkəmləndirmək niyyətindədir. Yeri gəlmişkən, komandalar ötən ay qış hazırlığı çərçivəsində yoxlama görüşündə üz-üzə gəlmiş, "Difai" matçdan 1:0 qalib ayrılmışdı.
Çempionluğa iddialı komandalardan olan və ötən gün lideri büdrətməyi bacaran "Mingəçevir" isə MOİK-i sınağa çəkəcək.
Nəhayət, Şamaxıda iki şimal təmsilçisi üz-üzə gələcək. "Zaqatala" səfərdə "Şahdağ Qusar" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Şimal" "Cəbrayıl"ı 3:2 hesabı ilə yenib, "Səbail" - "Baku Sportinq" derbisində isə qalib müəyyənləşməyib (0:0). Azərbaycan I Liqası XVI tur 25 fevral
15:00. “Şahdağ Qusar” – “Zaqatala” Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: İlham Əliyev. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Difai” – “Şəfa” Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Samir Qaracayev, Mahmud Bağırzadə. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Törə Əhmədova. Ağsu. Şəhər stadionu.
15:00. “Mingəçevir” – MOİK Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, Kamil Aydınov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).
