I Liqa: "Səbail"in Şamaxı sınağı, "Şəfa" MOİK-ə qarşı

I Liqa: "Səbail"in Şamaxı sınağı, "Şəfa" MOİK-ə qarşı

Dünən start götürən Azərbaycan I Liqasında 4-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş baş tutacaq.

Xal itirməyən iki komandadan biri - "Səbail" səfərə yollanacaq. Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" Şamaxıda "Şimal"la üz-üzə gələcək. Çempionluğa iddialı digər komanda "Şəfa" isə evdə MOİK-lə münasibətlərinə aydınlıq gətirəcək. 

Bu gün keçiriləcək daha bir görüşdə isə "Zaqatala" "Baku Sportinq"i sınağa çəkəcək. 

Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Mingəçevir" ilə "Şahdağ Qusar" qolsuz heç-heçəyə (0:0) razılaşıblar. Tura sabah baş tutacaq “Cəbrayıl” – “Difai” oyunu ilə yekun vurulacaq.

Azərbaycan I Liqası 4-cü tur 2 oktyabr 

15.00. “Şimal” – “Səbail” Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Qəzənfər Məmmədov, Kamran Əliyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Nəriman Axundov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 

15.00. “Zaqatala” – “Baku Sportinq” Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Mirnihat Seyidov, Ruslan Quliyev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. “Şəfa” – MOİK Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Rəhman Aslanov, Emin Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Binə. Qəsəbə stadionu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər