I Liqa: "Səbail" "Cəbrayıl"la bacarmadı, "Şəfa" liderliyini möhkəmləndirdi

I Liqa: "Səbail" "Cəbrayıl"la bacarmadı, "Şəfa" liderliyini möhkəmləndirdi

Azərbaycan I Liqasında 9-cu tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, birinci dövrəyə 3 oyunla yekun vurulub. 

MOİK səfərdə "Difai" üzərində əzmkar qələbə qazanıb. Beləliklə, "hərbçilər" turnir cədvəlində məhz Ağsu təmsilçisini geridə qoyaraq 8-ci yerə qalxıb. 

Lider "Şəfa" "Şahdağ Qusar" üzərində əzmkar qələbə qazanıb və liderliyini möhkəmləndirib. Elgiz Kərəmlinin baş məşqçisi olduğu bakılıların ən yaxın izləyicisi ilə xal fərqini artırmasına "Səbail"in "Cəbrayıl" ilə matçda büdrəməsi şərait yaradıb. "Dənizçilər" "Cəbrayıl"a uduzub.  

Qeyd edək ki, turun iki oyunu dünən baş tutub. “Mingəçevir” evdə “Baku Sportinq”ə uduzub (1:2), “Zaqatala” səfərdə “Şimal”ı darmadağın edib (4:0).

Azərbaycan I Liqası IX tur 27 noyabr 

“Difai” – MOİK 1:2 Qollar: K.Qardaşlı, 10 - S.Fərəcov, 24; 57.

“Şahdağ Qusar” – “Şəfa” 0:2 Qollar: P.Azadov, 43. E.Cəfərov, 70.

“Səbail” – “Cəbrayıl” 0:2 Qollar: A.Eli, 49. D.Açimi, 82.

I Liqa: "Səbail" "Cəbrayıl"la bacarmadı, "Şəfa" liderliyini möhkəmləndirdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər