I Liqa: "Səbail" darmadağınla qalib gəldi, MOİK isə...

I Liqa: "Səbail" darmadağınla qalib gəldi, MOİK isə...

Azərbaycan I Liqasında XVII tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə iki matç baş tutub. 

Çempionluğa iddialı "Səbail" sabiq baş məşqçisi Cavid Hüseynovun rəhbərlik etdiyi "Cəbrayıl"ın qonağı olub. Adil Şükürovun komandası Şamaxıda böyük hesablı qələbə qazanıb. 

Günün digər qarşılaşmasında isə MOİK ilə "Difai" üz-üzə gəlib. "Hərbçilər" autsayderlə dueldə minimal hesablı qalibiyyət əldə ediblər.

Qeyd edək ki, dünən baş tutan görüşlərdə "Şəfa" "Şahdağ Qusar"ı 2:1, "Mingəçevir" "Baku Sportinq"i 1:0, "Şimal" isə "Zaqatala"nı 4:3 hesabı ilə üstələyib.

Azərbaycan I Liqası XVII tur 6 mart 

"Cəbrayıl” – “Səbail” 1:4 Qollar: A.Eli, 63 - A.Almeyda, 32; 75. S.Quliyev, 37. K.Quliyev, 90.

MOİK – “Difai” 2:1 Qol: M.Baxşalı, 37. K.Kazımov, 88 - M.Musazadə, 90.

I Liqa: "Səbail" darmadağınla qalib gəldi, MOİK isə...

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər