Azərbaycan I Liqasında 25-ci tur başlayır.
Fanat.Az xəbər verir ki, turun açılış oyunu Şamaxıda baş tutacaq.
Günün yeganə qarşılaşmasında Premyer Liqaya can atan "Mingəçevir" ilə qış fasiləsindən sonra inamlı təsir bağışlayan "Şahdağ Qusar" üz-üzə gələcəklər. Oyun saat 16:00-da başlayacaq.
Turun qalan oyunları 6-7 mayda keçiriləcək.
Azərbaycan I Liqası 25-ci tur 5 may
16:00. “Şahdağ Qusar” – “Mingəçevir” Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
