I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

Bu gün Azərbaycan 1-ci Liqasında 3-cü tur start götürüb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Yevlaxda baş tutub.

Günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" "Zaqatala"nı qonaq edib. Meydan sahibləri 3 xalı 3 qolla qazanıblar.

Qeyd edək ki, tur çərçivəsində "Şimal" - "Şahdağ Qusar", "Mingəçevir" - "Gəncəbasar", "Baku Sportinq" - "Səbail" görüşləri sabah keçiriləcək. Turun bağlanış matçı isə 18 sentyabrda "Xankəndi" ilə MOİK arasında baş tutacaq.

Azərbaycan 1-ci Liqası 3-cü tur 16 sentyabr    “Karvan Yevlax” – “Zaqatala” 3:0

Qollar: İ.Əliyev, 9,22. E.Mustafayev, 45+3. Yevlax şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər