I Liqa: Lider "Şəfa" Cavid Hüseynovlu "Cəbrayıl"la üz-üzə

I Liqa: Lider "Şəfa" Cavid Hüseynovlu "Cəbrayıl"la üz-üzə

Azərbaycan I Liqasında 11-ci tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Şamaxıda baş tutacaq.

Lider "Şəfa" "Cəbrayıl"la prinsipial matça çıxacaq. Ötən tur xal itirən paytaxt təmsilçisi bu həftə yaxın izləyicilərinin büdrəməsindən yararlanaraq yenidən xal fərqini artırmaq üçün Cavid Hüseynovlu bölgə komandasına qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Baku Sportinq" "Şimal"ı 1:0, MOİK "Zaqatala"nı 3:1 hesabı ilə yenib, “Difai” – “Mingəçevir” (1:1) və “Şahdağ Qusar” – “Səbail” (2:2) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.

Azərbaycan I Liqası XI tur 19 dekabr

14:30. “Cəbrayıl” – “Şəfa”  Hakimlər: Kamal Umudlu, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Elvin Bayramov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

I Liqa: Lider "Şəfa" Cavid Hüseynovlu "Cəbrayıl"la üz-üzə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər