I Liqa: Binədə lider "Şəfa" "Səbail"lə qarşılaşır

I Liqa: Binədə lider "Şəfa" "Səbail"lə qarşılaşır

Azərbaycan I Liqasında XXI tur davam edir.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə 3 matç keçiriləcək.

Turun mərkəzi qarşılaşmaları məhz bu gün baş tutacaq. 

Premyer Liqaya can atan lider "Şəfa" ilə ən yaxın izləyicilərindən olan "Səbail" Binədə münasibətlərinə aydınlıq gətirəcəklər. Saat 15:00-da başlayacaq matçı elita hakimlərindən Fərid Hacıyev idarə edəcək.

Digər iki qarşılaşma yarım saat gec başlayacaq. İddialılardan "Mingəçevir" Şamaxıda autsayder "Şimal"ın qonağı olacaq. "Difai" isə Rahid Əmirquliyevin rəhbərlik etdiyi "Şahdağ Qusar" ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Baku Sportinq” MOİK-i 3:1, “Cəbrayıl” isə “Zaqatala”nı 3:2 hesabı ilə üstələyib.

Azərbaycan I Liqası XXI tur 9 aprel 

“Şəfa” – “Səbail” Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Anar Şıxəliyev Binə qəsəbə stadionu, 15:00

“Şimal” – “Mingəçevir” Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Bəhram Qurbanov Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30

“Difai” – “Şahdağ Qusar”  Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Buzovna qəsəbə stadionu, 15:30

I Liqa: Binədə lider "Şəfa" "Səbail"lə qarşılaşır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər