I Liqa: Bakıda paytaxt derbisi, Şamaxıda bölgə komandalarının dueli

I Liqa: Bakıda paytaxt derbisi, Şamaxıda bölgə komandalarının dueli

Bu gün Azərbaycan I Liqasında VI tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk günündə 2 oyun keçiriləcək. 

Bakıda paytaxt derbisi baş tutacaq. Belə ki, MOİK Binədə "Baku Sportinq"i sınağa çəkəcək.

Şamaxıda isə bölgə təmsilçiləri üz-üzə gələcəklər. Belə ki, "Şimal" "Difai" ilə münasibətlərinə aydınlıq gətirəcək.  

Hər iki qarşılaşma saat 14:00-da start götürəcək.

Qeyd edək ki, turun 3 oyunu (“Cəbrayıl” – “Şahdağ Qusar”, “Şəfa” – “Səbail”, “Zaqatala” – “Mingəçevir”) sabah keçiriləcək.   Azərbaycan I Liqası VI tur 22 oktyabr 

14:00. MOİK – “Baku Sportinq”  Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Emin Əliyev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Binə. Qəsəbə stadionu.

14:00. “Şimal” – “Difai”  Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamran Əliyev. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Mahal Məmmədov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

I Liqa: Bakıda paytaxt derbisi, Şamaxıda bölgə komandalarının dueli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər