HƏMAS iki basketbolçunun həyatına son qoydu

HƏMAS iki basketbolçunun həyatına son qoydu

HƏMAS qruplaşmasının İsrailə hücumu zamanı iki basketbolçu həlak olub.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, bunlar “Hapoel” (Təl-Əviv) akademiyasından olan Yiftah və Yonatan Kots qardaşlarıdır.

Basketbolçular Kfar Azada -  ataları, anaları və bacıları ilə birlikdə yaşadıqları evdə öldürüblər.

Daha öncə İsrail mətbuatı "Kiryat Yam"ın futbolçusu Ben Binyaminin ayağının amputasiya edildiyi barədə məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında sözügedən ölkə Qəzza zolağından raket atəşinə tutulub. Ardından isə HƏMAS İsrailin cənub rayonlarına girib. Hücum nəticəsində 1200 nəfərin həyatına son qoyulub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər