"Hədəfimiz çox xal toplamaqdır" - "Qarabağ"ın rəqibinin hücumçusu

"Hədəfimiz çox xal toplamaqdır" - "Qarabağ"ın rəqibinin hücumçusu

Fransa "Nant"ının futbolçusu Evan Gessan Yunanıstan "Olimpiakos"una 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun oyunundan sonra klubun rəsmi saytına danışıb.

Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu komandasının hədəfindən bəhs edib: 

"Bütün komandalar kimi bizim də hədəfimiz mümkün qədər çox xal toplamaq və qrupdan çıxmaqdır. Böyük turnirlərdə iştirak edərkən iki fərqli turnirdə oynamaqdan məmnunam. Bu, mənim xoşuma gəlir".

Xatırladaq ki, "Qarabağ" - "Nant" qarşılaşması sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər