"Heç-heçə ədalətli nəticədir" - "Qarabağ"a qol vuran hücumçu

"Heç-heçə ədalətli nəticədir" - "Qarabağ"a qol vuran hücumçu

“Frayburq”un hücumçusu Nils Petersen Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, 25-ci dəqiqədə penaltidən hesabı açan 34 yaşlı hücumçu 1:1 hesabıyla bitən matçın çətin keçdiyini bildirib:

“Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Heyətimizdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər, dərhal razılaşardıq. Son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, rəqib layiqli oyun göstərdi və heç-heçə ədalətdli nəticədir”.

Almaniyanın “Frayburq” komandası qrup mərhələsini 14 xalla birinci, “Qarabağ” isə 8 xalla üçüncü sırada bitirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər