"Hauqesund" İbrahima Vadjinin "Qarabağ"a transferi nəticəsində maddi mənada irəli düşməsinə sevinir.
Fanat.Az xəbər verir ki, Norveç klubunun rəsmi saytında dərc olunmuş yazı belə qənaətə gəlməyə əsas verir.
Seneqallının klubda üç mövsüm ərzində 57 oyun keçirib 26 qol vurmasını vurğulayan Norveç klubu Vadjinin karyerasına toxunub. Əvvəlcə icarə əsasında xidmətindən yararlandıqları hücumçunu 2019-cu ildə "Mölde"dən daimi əsasda transfer etdiklərini yada salan "Hauqesund" 26 yaşlı futbolçunun bu mövsüm 13 liqa oyununda 8 qol vurmağı bacardığına diqqət çəkib. Klubun meneceri Eirik Opedal "Qarabağ"ın İbrahima Vadjini transfer etməsi barədə klubun saytına bunları deyib: "Qarabağ"dan Vadji üçün yaxşı və dəyərləndirməyimiz lazım gələn bir təklif aldıq. Vadjini buraxmağı, ona bu fürsəti verməyi düzgün hesab etdik. Bu yay hücum xəttimizi yaxşı gücləndirmişik. Artıq klubda Vadjini əvəz edə biləcək oyunçular var".
Qeyd edək ki, "Qarabağ" İbrahima Vadji ilə 3 illik müqavilə imzalayıb. Mirağa