Hakimlər Komitəsi Tural Qurbanova hamıdan çox güvənir - Hakimliyin mənzərəsi

Hakimlər Komitəsi Tural Qurbanova hamıdan çox güvənir - Hakimliyin mənzərəsi

Misli Premyer Liqasında 5 tur geridə qalıb. Keçirilən 28 oyunda ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) 15 referi iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Tural Qurbanov, Rəşad Əhmədov, Əli Əliyev, Kamranbəy Rəhimov və Nicat İsmayıllı oyun idarə edib.

FİFA referisi Tural Qurbanovun bu turda baş hakim kimi təyinat alması vahid liderliyə yiyələnməsinə şərait yaradıb. O, 5 turdan 3-də iş başında olub. Hesablarında 2 oyun olan referilərin sayı isə 11-dir.  

Ötən turda olduğu kimi, bu həftə də heç bir futbolçuya qırmızı vərəqə göstərilməyib. Üstəlik, sarı vərəqələrin sayında daha da azalma müşahidə olunub. Hakimlər cari turda cəmi 16 vərəqədən istifadə ediblər. Qeyd edək ki, 1-ci turda bu rəqəm 24, 2-ci və 3-cü turun hər birində 17, 4-cü turda isə 33 olub. Bundan başqa, 1-ci turda 1, 3-cü turda 2 futbolçu meydandan qovulub.  Cari turun bağlanış matçının - "Şəfa" - "Sabah" oyununun baş hakimi Nicat İsmayıllı  ümumiyyətlə heç kimi cəzalandırmayıb. 

Beşinci turda göstərilən 16 vərəqədən 10-u meydan sahiblərinə, cəmi 6-sı isə qonaq komandanın oyunçularına göstərilib. İlk 5 tur ərzində müvafiq göstərici belədir: 52 sarı (1 qırmızı) - 55 sarı (2 qırmızı). 

Beləliklə, 5 turun yekununda sarı vərəqə sayı 107-yə çatıb. Nəticədə ümumi vərəqə sayı 110-a bərabər olub. Bu da orta hesabla hər turda 22, hər oyunda təxminən 3,9 vərəqə deməkdir.  

Beş tur ərzində FİFA referisi Kamal Umudlu o birilərdən çox əlini cibinə atıb. O, 12 vərəqədən istifadə edib ki, bunun 1-nin rəngi qırmızı olub. Onu 10 vərəqədən yararlanan Elçin Məsiyev (1-i qırmızı), Kamranbəy Rəhimov və Vüqar Həsənli təqib edir. 

Tural Qurbanov - 3 oyun

meydan sahibi 4 sarı   0 qırmızı qonaqlar    3    0 cəmi:    7    0

Kamal Umudlu - 2 oyun

meydan sahibi    6    1 qonaqlar    5    0 cəmi:    11   1

Elçin Məsiyev - 2 oyun

meydan sahibi 5   0 qonaqlar    4    1 cəmi:    9    1

Kamranbəy Rəhimov - 2 oyun 

meydan sahibi 5   0 qonaqlar    5    0 cəmi:   10      0

Rauf Cabarov - 2 oyun

meydan sahibi 5   0 qonaqlar    4    0 cəmi:    9    0

Əli Əliyev - 2 oyun

meydan sahibi    4          0  qonaqlar             5          0 cəmi:                  9          0

Rəşad Əhmədov - 2 oyun

meydan sahibi   4      0  qonaqlar            4      0 cəmi:                 8       0

Fərid Hacıyev - 2 oyun

meydan sahibi   3      0  qonaqlar            3      1 cəmi:                 6       1

İnqilab Məmmədov - 2 oyun

meydan sahibi 3   0 qonaqlar    4    0 cəmi:    7    0

Əliyar Ağayev - 2 oyun

meydan sahibi    3          0  qonaqlar             3          0 cəmi:                  6          0

Rəvan Həmzəzadə - 2 oyun

meydan sahibi    0    0 qonaqlar    4    0 cəmi:    4    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi 1   0 qonaqlar    2    0 cəmi:    3    0

Vüqar Həsənli - 1 oyun 

meydan sahibi 6   0 qonaqlar    4    0 cəmi:   10    0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  2    0 qonaqlar    2    0 cəmi:    4    0

Cavid Cəlilov - 1 oyun

meydan sahibi 1   0 qonaqlar    3    0 cəmi:   4      0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər