Günün transfer xəbərləri: "Real","Nyukasl" və PSJ-dən sensasion transfer

Günün transfer xəbərləri: "Real","Nyukasl" və PSJ-dən sensasion transfer

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Radioestadio Noche" podkastı: "Barselona"nın məzunu Ansu Fati Kataloniya klubunu tərk edə bilər".

"Daily Mail" nəşri: "Liverpul" "Borussia Dortmund"un ulduzu Yusuf Mukoko üçün yarışa liderlik edir. "Qırmızılar" daha çox hücumu gücləndirmək istəyir".

"Calcio Style" saytı: "Nyukasl Yunayted" "Milan"ın qapıçısı Mayk Menyanı heyətinə qatmağı planlaşdırır".    "Sport1" saytı: "Tottenhem"in liderlərindən biri Son Hın Min karyerasında növbəti addımını atmağa hazırdır. Koreyalı futbolçunu "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti izləyir".

"Libertad Digital" nəşri: "PSJ braziliyalı gənc istedad Andrik üçün 20 milyon avro təklif edir. "Real Madrid" də 16 yaşlı ulduzu heyətində görmək istəyənlər arasındadır".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər