"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Samtderia"nın baş məşqçisi Gia Tsetzade Gürcüstan mətbuatına müsahibə verib. Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis məqsədlərinin mərhələ keçmək olduğunu bildirib:
"Qarabağ"ın yoxlama oyunlarında 10 qol buraxması heç nə demək deyil. Yəni yoldaşlıq görüşünə əsasən hansısa komandanın gücünü, hədəfini müəyyən etmək düzgün deyil. Onlarla mübarizə aparmalı olacağıq. Ancaq məqsədimiz “Qarabağ”ı keçməkdi. Rəqibi təhlil edərkən güclü və zəif cəhətlərini araşdırmışıq. Qalan hər şey meydanda müəyyən olunur. Cütün taleyinə ilk oyunda aydınlıq gəlməyəcək".
Fanat.Az