Gerye "Qarabağ"ı A seriyasına dəyişir

Gerye "Qarabağ"ı A seriyasına dəyişir

"Qarabağ”ın futbolçusu Vild-Donald Gerye karyerasını İtaliyada davam etdirə bilər.

 

Fanat.Az xəbər verir ki, bu barədə haitisporttotal.com saytı informasiya yayıb. Xəbərdə haitili futbolçunun İtaliyada oynaya biləcəyi qabardılıb. Mənbəyə qısa açıqlama verən oyunçu özü məlumatı təsdiqləyib: "Avropanın "böyük beşlik” ölkələrinin birində oynamaq mənim üçün qürur olacaq”.

 

 

"Qarabağ”a ötən il "Alanyaspor”dan keçən Geryenin ağdamlılarla olan müqaviləsinin müddəti gələn ilin yayına qədərdi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər