Gerye "Qarabağ"a qayıdır? - SON DURUM

Gerye "Qarabağ"a qayıdır? - SON DURUM
"Neftçi"dən ayrılan Vild-Donald Gerye "Qarabağ"ın transfer siyahısında yer almır. Haitili futbolçu ağdamlıların baş məşqçisi Qurban Qurbanova "yenidən "Qarabağ" forması geyinmək istəyirəm" mesajı göndərsə də, mənfi cavab alıb. 
Fanat.Az-ın məlumatına görə, Gerye, ümumiyyətlə, "Qarabağ"la müqavilə bağlamaq üçün istənilən şərtə razıdı. 
Təcrübəli mütəxəssis Faysal Reras və Aylton Silvanın gedişiylə boşalacaq mövqeyə - müdafiənin sol cinahına başqa namizədlər axtarır. Əslində, Qurbanov Geryenin futbolçu keyfiyyətlərini qiymətləndirir. Qurban Qurbanov 31 yaşlı futbolçunu  2 il əvvəl vədinə xilaf çıxaraq müqaviləsini uzatmadığı üçün bağışlamır. Ona görə də, əminliklə demək olar ki, Donald Gerye Ağdam klubunun transfer siyahısında yer almır.
Qeyd edək ki, sözügedən futbolçu məlum səbəbdən Azərbaycanı tərk etməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər