“Gəncə”dən ardıcıl dördüncü qələbə

“Gəncə”dən ardıcıl dördüncü qələbə

Bu gün Gəncə Olimpiya İdman Kompleksində Basketbol Liqasının 23-cü turunun bağlanış oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, "Gəncə" doğma azarkeşlər önündə "Zirvə Astara" basketbolçularını qəbul edib.

Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər 98:89 hesablı qələbə qazanaraq, pley-off zonasındakı yerlərini bir qədər də möhkəmləndiriblər.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Kollin Törner (34 xal, 11 asist), "Zirvə Astara"dan isə Darin Conson olublar (24 xal, 4 ribaund).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər