“Gəncə”də erkən ayrılıq

“Gəncə”də erkən ayrılıq

Neyton Sprinqs basketbol üzrə “Gəncə” klubunun sıralarını tərk edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sprinqs mövsüm öncəsi məşqlərin birində ağır zədələnib və çempionatda heç bir oyunda meydana çıxmayıb.

Amerikalı basketbolçunun müalicə prosesi uzun müddət çəkəcəyindən vətəninə yollanmaq məcburiyyətində qalıb. Bu səbəbdən müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər