Fransa nəhəngindən Kvaratsxeliya cəlbedici təklif - 4 dəfə çox maaş alacaq

Fransa nəhəngindən Kvaratsxeliya cəlbedici təklif - 4 dəfə çox maaş alacaq

PSJ klubu "Napoli"nin vingeri Xviça Kvaratsxeliyaya cəlbedici təklif göndərib. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlummatına görə, parislilər gürcü futbolçuya Neapol təmsilçisində aldığından 4 dəfə çox maaş təklif edir. Hazırda tərəflər arasında danışıqlar gedir və futbolçunun nümayəndələri mümkün müqavilə şərtlərini müzakirə edirlər.

“Capology”yə görə, Kvaratsxeliya “Napoli”də ildə 2,05 milyon avro (vergilər çıxdıqdan sonra 1,6 milyon avro) qazanır. Bu o deməkdir ki, PSJ futbolçuya illik 10 milyon avrodan çox maaş təklif edir.

Fransa nəhəngi Gürcüstan millisinin üzvünə görə "Napoli"yə 80 milyon avro təklif edib. Onun hazırki klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" Xviçanın dəyərini 85 milyon avro qiymətləndirir.

23 yaşlı Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində 19 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər