Fransa nəhəngi Şerkini istəyir

Fransa nəhəngi Şerkini istəyir
PSJ “Mançester Siti”nin fransalı futbolçusu Rayan Şerki ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Məlumata görə, Paris klubu 23 yaşlı hücumameylli yarımmüdafiəçini transfer etmək üçün vəziyyəti yaxından izləyir. Şerkinin “şəhərlilər”dəki çıxışı və gələcəyi PSJ rəhbərliyinin diqqətindədir.
Fransalı futbolçu daha əvvəl “Olimpik Lion”da çıxış edib və 2025-ci ilin yayında “Mançester Siti”yə keçid edib. PSJ isə onun Fransa futboluna qayıtması variantını nəzərdən keçirir.
Klubun Çerki ilə bağlı konkret addım atıb-atmayacağı və mümkün transferin hansı məbləğə başa gələcəyi hələlik məlum deyil.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər