Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" transfer çalışmalarını davam etdirir. Fanat.Az xəbər verir ki, Ağdam klubunun maraq dairəsinə düşən daha bir futbolçunun kimliyi açıqlanıb.
İtaliya mətbuatının məlumatına görə, "Qarabağ" “Bolonya”nın yarımmüdafiəçisi Antoni Münyeni heyətinə qatmaq istəyib. Lakin fransalı futbolçu təklifi qəbul etməyib.
29 yaşlı futbolçu karyerasına Fransanın "Lion" klubunda başlayıb. 2009-cu ildə 2,5 milyon avroya "Nitsa"ya transfer olunub. 3 il sonra "Monpelye" onu 3,5 milyon avroya alaraq 2015-ci ildə 2 milyon avro qarşılığında "Boloniya"ya satıb. 2015/16 mövsümündə A Seriyasında 30 oyuna çıxaraq 4 qol vursa da, 2016/17 mövsümündə heyətdə möhkəmlənə bilməyib. O, ötən mövsüm komandasının heyətində 6 oyun keçirdikdən sonra "Atalanta"ya icarəyə verilib. Hazırda "Transfermarkt" futbolçuya 3 milyon avro qiymət qoyub.
Münye 2008-ci ildə Fransanın U-21 yığmasında 4 oyun keçirib.
Fanat.Az