Fransa klubu "Qarabağ"ın futbolçusundan imtina etdi

Fransa klubu "Qarabağ"ın futbolçusundan imtina etdi
Fransanın "Lans" klubu "Qarabağ"ın müadafiəçisi Faysal Rerrasın transferindən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Liqa 2 təmsilçisi əvvəlcə belçikalı müdafiəçini transfer etməyi planlaşdırıb. Lakin son klubdaxili iclasdan sonra belə qənaətə gəlinib ki, komandada sol cinahda oynaya biləcək kifayət qədər futbolçu var. Bu səbəbdən 26 yaşlı oyunçunun transferindən imtina edilib.
Qeyd edəkki, Faysal Rerrasla İtaliyanın "Benevento", "Krotone",  Türkiyənin "Rizəspor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı iddia olunur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər