FİFA prezidenti "Qarabağ" rəsmisini təbrik etdi - FOTO

FİFA prezidenti "Qarabağ" rəsmisini təbrik etdi - FOTO

FİFA prezidenti Canni İnfantino Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Sürix" - "Qarabağ" oyunundan (2:2) sonra Ağdam təmsilçisini təbrik edib.

Fanat.Az xəbər verir ki, İnfantino Ağdam klubunun İdarə Heyətinin üzvü Fevzihan Arasla görüşüb.

Qurum başqanı Arasa növbəti mərhələyə vəsiqə və "Qarabağ"ın İsveçrədə sərgilədiyi inamlı oyuna görə təbriklərini çatdırıb, uğurlar arzulayıb.

FİFA prezidenti "Qarabağ" rəsmisini təbrik etdi - FOTO

Qeyd edək ki, ağdamlılar evdə bu rəqibini 3:2 hesabı ilə üstələmişdi. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər