FİFA növbəti DÇ-ni Gürcüstan və Ermənistana verdi

FİFA növbəti DÇ-ni Gürcüstan və Ermənistana verdi

Gənclər arasında futbol üzrə dünya çempionatı 2029-cu ildə Azərbaycana qonşu olan ölkələrdə keçiriləcək.

Fanat.Az xəbər verir ki, məlumatı FİFA-nın mətbuat xidməti yayıb. 

U-20 dünya çempionatı 3 il sonra Gürcüstan və Ermənistanda keçiriləcək. Bu, FIFA tərəfindən bu ölkələrdə keçiriləcək ilk belə turnir olacaq.

Sonuncu dünya çempionatı 2025-ci ildə Çilidə keçirilib. Qızıl medalı Mərakeş qazanıb. Final matçında mərakeşlilər Argentinanı 2:0 hesabı ilə məğlub edib.

2027-ci ildə isə mundial Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər