FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak etdi

FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak etdi

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Azərbaycanda milli təlimçisi Ələkbər Həsənov qurumun Bolqarıstanın Samokov şəhərində təşkil etdiyi seminara qatılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti yayıb.

Mayın 29-dan iyunun 1-dək davam edən tədbirdə Avropa ölkələrinin basketbol federasiyalarının nümayəndələri bir araya gəliblər.

Seminar çərçivəsində qaydalardakı yeniliklər, hakimlik meyarları, referilərin hazırlanması prosesi və ədalət təmsilçiliyinin keyfiyyətinin artırılması ilə bağlı mövzular müzakirə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər