FİBA: Avropa Kubokunda Azərbaycan dueli baş tutacaq

FİBA: Avropa Kubokunda Azərbaycan dueli baş tutacaq

Bu gün Azərbaycanın kişilərdən ibarət basketbol komandaları FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcəklər.

Fanat.Az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" ilə "Abşeron Lions" yarışın 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Sonuncu tur çərçivəsində qarşılaşma Bakı İdman Sarayında baş tutacaq və saat 19:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında əvvəlki dueldə “Neftçi” qələbə (104:86) qazanıb. 

FİBA Avropa Kuboku I qrupu, 5-ci tur 19 notyabr

19:00. "Neftçi" (Azərbaycan) – "Abşeron Lions" (Azərbaycan) Hakimlər: İlias Kounelles (Kipr), Elvis Kouders-Binders (Latviya), Alin Faur (Rumıniya).  Bakı İdman Sarayı.

"Neftçi": Toni Perkoviç, Qalin Smit, Edvard Polayt, Camal Bey, Devonte Qrin, Stefan Keniç, Amil Həmzəyev, Fikrət Ələkbərov, Əkbər Məmmədov, Ağa Ağayev, Nicat Nəsirov. "Abşeron Lions": Ceyms Freyzer, Obri Makalpayn, Deondre Cekson, Qedimians Orelik, Sadettin Donat, Calen Şou, Arinze Çidom, Deşon Eykens, İsmayıl Abdullayev, Nicat Məmmədli, Tamerlan Novruzlu. 

1. Trefl 5 4 1 +82 9 2. Neftçi 5 3 2 -1 8  3. Kalev 5 2 3 -62 7  4. Abşeron Lions 5 1 4 -19 6

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər