"Qarabağ"dan "Ferentsvaroş"a transfer olunan Ovusu Kvabena Macarıstan klubuna keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, 26 yaşlı qanalı forvard belə danışıb:
"Bu komandaya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldim. “Ferentsavoş”la oyunlardan öncə "Qarabağ"dakı komanda yoldaşlarıma dedim ki, uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacaq, oyuna hərtərəfli hazırlaşmalıyıq. Onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər. Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıydıq. Komandaya kömək etmək istəyirəm. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq".
Qeyd edək ki, "Ferentsvaroş" Ovusu ilə imzalanmış müqavilənin müddətini açıqlamayıb.