Feliks məşqlərə başladı - "Qarabağ"la oyuna hazırlaşır

Feliks məşqlərə başladı - "Qarabağ"la oyuna hazırlaşır
Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyə "Sivasspor"unun futbolçusu Xorxe Feliks zədəsini sağaldıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi tvitter hesabında məlumat yazılıb. 
 
Xəbərə görə, artıq 29 yaşlı hücumçu həkim nəzarətində fərdi məşqlərə başlayıb.
İspaniyalı oyunçu hələ ki qaçışla kifayətlənir. Onun meydana nə vaxt çıxa biləcəyi açıqlanmayıb.
Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər