Erediviziyanın lideri MLS-dən ulduz transfer etdi

Erediviziyanın lideri MLS-dən ulduz transfer etdi

PSV MLS-də çıxış edən bosniya və herseqovinalı vinger Esmir Bayraktareviçi heyətinə qatıb. 

Fanat.Az xəbər verir ki, Niderland klubu yeni transferini rəsmi saytı vasitəsilə açıqlayıb.

"Nyu-England" klubunun 19 yaşlı oyunçusu ilə 2029-cu ilin yayına qədər müddətə müqavilə imzalanıb. "Transfermarkt"ın məlumatına görə, PSV futbolçunun transferi üçün Amerika klubuna 4 milyon avro ödəyib.

Bayraktareviç ötən mövsüm "Nyu-England"da bütün yarışlarda 37 matça çıxaraq 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər