Çerçesov ukraynalı futbolçunu "Qarabağ"a qarşı oynatmayacaq

Çerçesov ukraynalı futbolçunu "Qarabağ"a qarşı oynatmayacaq

Macarıstanın “Ferentsvaroş” komandasının rusiyalı baş məşqçisi Stanislav Çerçesov Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkovu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin iştirak ərizəsinə daxil etməyib. 

Fanat.Az xəbər verir ki, ”Qarabağ”a qarşı oyunlarda çıxış edə biləcək oyunçuların adları UEFA-nın rəsmi saytında dərc olunub. 

Zubkov ardıcıl üçüncü dəfə siyahıya düşməyib. O, ilk iki təsnifat mərhələsində Qazaxıstan “Tobol”u və Slovakiya “Slovan”ı ilə qarşılaşmaları da buraxıb. 25 yaşlı yarımmüdafiəçi sonuncu dəfə iyunun 11-də Ukrayna yığmasının Ermənistana qarşı Avropa çempionatının seçmə matçında meydana çıxıb. Bundan sonra o, nə yoldaşlıq görüşlərində, nə də rəsmi oyunlarda forma geyinib. Ukraynalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

“Ferentsvaroş” “Qarabağ”la ilk oyununu avqustun 3-də Bakıda, cavab qarşılaşmasını avqustun 9-da Budapeştdə keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər