Çerçesov Rusiya millisindən göndərildi

Çerçesov Rusiya millisindən göndərildi
Stanislav Çerçesov Rusiya millisinin baş məşqçisi vəzifəsindən azad edildi.
Fanat.Az Rusiya Futbol İttifaqının mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, təşkilat Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesovla birlikdə  onun məşqçilər heyəti ilə də müqaviləni ləğv etmək qərarına gəlib. RFT bu vəzifələrə namizədlərin tapılması üzərində işə başlayacaq.
Daha əvvəl Rusiya millisinin baş məşqçisi postuna namizədlər siyahısında Almaniya yığmasının keçmiş baş məşqçisi Yoahim Löv, Portuqaliyalı Andre Villaş-Boaş və Almaniyanın gənclər komandasının baş məşqçisi Stefan Kunzun olduğu bildirilmişdi.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər