"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi "Ferensvaroş"un baş məşqçisi Stanislav Çerçesov ÇL-in formatını tənqid edib və sözügedən turnirin adının dəyişdirilməsi təklifini irəli sürüb.
Fanat.Az xəbər verir ki, "SVPressa" 58 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Düşünürəm ki, Çempionlar Liqasını başqa cür adlandırmağın vaxtı çatıb. Biz çempionuq. Bununla belə, öz ölkəsində beşinci və ya altıncı yerləri tutanlar artıq ÇL-in qrupunda yerini təmin edib. Bizim üçün isə hələ qarşıda çox rəqiblər var. Əvvəllər asan idi. Amma indi? Ölkə çempionu üçün hətta Konfrans Liqası da təmin edilmir. Bu, normaldır?"
Xatırladaq ki, Çempionlar Liqasının seçmə mərhələsinin növbəti turunda "Ferentsvaroş" "Qarabağ"la qarşılaşacaq.
Emin