Ən çox ötürmə verən komandalar: "Qarabağ"...

Ən çox ötürmə verən komandalar: "Qarabağ"...

Futbol üzrə Misli Premyer Liqasında ən çox ötürmə verən komandalar məlum olub.

Fanat.Az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıda birinci yerdə Premyer Liqanın lideri “Qarabağ” qərarlaşıb.

Ağdam təmsilçisinin hər oyunda ortalama 584 ötürməsinin 86,8 faizi dəqiq alınır.

“Neftçi” (536 ötürmə, 85 faiz dəqiq) bu göstəricidə ikinci, “Qəbələ” (500, 83,9 faiz) üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda “Sabah” (478, 83,2 faiz), “Zirə” (471, 85,9 faiz), “Kəpəz” (436, 84,5 faiz), “Sumqayıt” (407, 79,4 faiz), “Səbail” (368, 79,4 faiz), “Şamaxı” (361, 79,1 faiz) və “Turan Tovuz”dur (319, 78,3 faiz).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər