Çempionlar Liqasının oyunu Bakıda keçiriləcək - Xəbərimiz təsdiqləndi

Çempionlar Liqasının oyunu Bakıda keçiriləcək - Xəbərimiz təsdiqləndi

FİBA Çempionlar Liqasında Türkiyənin "Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu Bakıda baş tutacaq.

Fanat.Az xəbər verir ki, bu, Hapoel təmsilçinin istəyi ilə reallaşıb.

İsraillilər məlum səbəbə görə İstanbula gəlmək istəməyib və görüşün neytral meydanda - Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.

Matç gələn il yanvarın 7-də baş tutacaq.

Pley-in görüşlərində hesab bərabər olarsa, yanvarın 22-də keçiriləcək 3-cü oyun da məhz Bakıda baş tutacaq.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq Fanat.Az vermişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər