Çempionlar Liqası: "Qarabağ" pley-offun taleyini Çexiyaya saxladı 

Çempionlar Liqası: "Qarabağ" pley-offun taleyini Çexiyaya saxladı 

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "köhlən atlar" Çexiyanın "Viktoriya Plzen" komandasını qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş "köhlən atlar"ın çoxsaylı imkanlarına rəğmən, qolsuz heç-heçə nəticələnib. 

Beləliklə, cütün taleyinə Çexiyadakı matçda aydınlıq gələcək. Rəqibin cavab qarşılaşmasına  ciddi itki ilə çıxacağını bildirək. Belə ki, "Viktoriya"nın kapitanı Lukaş Heyda növbəti sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. 

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

17 avqust

"Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) 0:0 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77 Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

"Viktoriya": 36. Yindrjix Stanek, 2. Lukaş Heyda, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel

Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu N Diay

Baş məşqçi: Mixal Bilek

Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)

VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər