Emil Balayev “Qarabağ”dan ayrılır - SƏBƏB

Emil Balayev “Qarabağ”dan ayrılır - SƏBƏB
Mövsümlərarası fasilədə "Zirə”dən "Qarabağ”a keçən Emil Balayev qış fasiləsində sabiq klubuna qayıda bilər.
Qəsəbə təmsilçisi adıçəkilən qapıçını icarəyə götürmək istəyir.
Yayda ölkə çempionu ilə 2 illik müqavilə imzalayan qolkiper hazırda burada özünü göstərə bilmir. Qurban Qurbanov ona avrokuboklarda şans vermir.
Şahruddin Məhəmmədəliyevə güvənən baş məşqçi millinin "1 nömrə”sinə yalnız Premyer Liqada meydana çıxmaq imkanı yaradır. Bu isə Balayevi qane etmir.
O, daim oynayacağı komandaya getmək fikrindədir. "Zirə” bu mənada Emilə həm tanış, həm də etibarlı seçimdir.
Hər halda, ötən mövsümün ikinci yarısının 3 ayını "qartallar”ın düşərgəsində keçirib, eyni zamanda, Rəşad Sadıqovla yaxşı münasibətləri var. İndi hər iki klub arasında onun 6 aylıq icarəyə götürülməsi yönündə danışıqlar gedir (sportinfo.az).
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər