“Çelsi”nin ən bahalı futbolçusu "Qarabağ"a qarşı oynamaya bilər

“Çelsi”nin ən bahalı futbolçusu "Qarabağ"a qarşı oynamaya bilər

"Çelsi" ciddi itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, komandanın əsas futbolçularından biri olan Alvaro Morata zədələnib.

İspan ulduz "Mançester Siti" ilə oyunun 35-ci dəqiqəsində zədə alıb və meydanı tərk edib. "The Guardian"ın məlumatına görə, 25 yaşlı futbolçunun zədəsi ciddidi. Onun 6 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Artıq Moratanın Premyer Liqada “Kristal Pelas”, “Uotford”, “Everton”, “Bornmut” v? “Mançester Yunayted”, Çempionlar Liqasında isə "Roma" ilə oyunları buraxacağı dəqiqləşib. Onun noyabrın 22-də Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçiriləcək oyunda meydana çıxıb-çıxmayacağı hələ bilinmir.

Qeyd edək ki, "Çelsi" Moratanı "Real"dan bonuslarla birlikdə 80 milyon avroya alıb. O, hazırda "Çelsi"nin ən bahalı futbolçusudu. İspan futbolçu cari mövsümdə meydana çıxdığı 9 oyunda 7 qol vurub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər