Topaz Premyer Liqasının VIII turu çərçivəsində baş tutan “Rəvan” - “Kəpəz” oyununu (0:2) izləyənlər arasında Gəncə klubunun Müşahidə Şurasının sədri Elmir Vəliyev də olub.
Fanat.az xəbər verir ki, komandanın Bakıda keçirilən bütün oyunlarında tribunada yer alan Vəliyev “Bayıl Arena”da “sarı-göylər”i dəstəksiz qoymayıb. Matçdan sonra paltardəyişmə otağına baş çəkən Müşahidə Şurasının sədri komandanın layiq olduğu qələbəni qazandığını deyərək, futbolçuları və məşqçilər korpusunu təbrik edib.
Vəliyev havanın soyuq və yağışlı olmasına baxmayaraq 90 dəqiqə ərzində dayanmadan “Kəpəz”i dəstəkləyən azarkeşlərə də minnətdarlıq edib. Görüşün sonunda Elmir Vəliyev qarşıdakı oyunlarda da kluba uğurlar arzulayıb.
Qeyd edək ki, Elmir Vəliyev Gəncənin icra başçısı Elmar Vəliyevin oğludu.



Fanat.az