Elmar Baxşıyev 2 futbolçunu "Şamaxı"ya qarşı oynada bilməyəcək

Elmar Baxşıyev 2 futbolçunu "Şamaxı"ya qarşı oynada bilməyəcək

Misli Premyer Liqasının 6-cı turunda "Şamaxı"nın qonağı olacaq "Araz-Naxçıvan" oyuna 2 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov deyib:

"Braziliyalı hücumçu Ramon Maçado zədəlidir. O, hazırda fərdi məşqlərlə kifayətlənir. Ötən tur "Qarabağ"la oyunda qırmızı vərəqə alan Slavik Alxasov isə cəzalı duruma düşdüyü üçün "Şamaxı"ya qarşı oynamayacaq".

Qeyd edək ki, "Şamaxı" - "Araz-Naxçıvan" qarşılaşması sentyabrın 27-də keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər