Dünya Seriyası: Azərbaycan təmsilçisi İspaniya millisi ilə üz-üzə

Dünya Seriyası: Azərbaycan təmsilçisi İspaniya millisi ilə üz-üzə

İspaniyanın Kaseres şəhərində keçirilən qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının 13-cü mərhələsinə yekun vurulur. 

Fanat.Az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən "Neftçi SOCAR" komandası da bu gün növbəti matça çıxır. 

Erika Karter, Aoi Katsura, Aleksandra Mollenhauer və Nevena Vuçkovicdən formalaşan milli 1/4 final oyununda İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Cütlüyün qalibi yarımfinalda Litva-Latviya cütlüyünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl A qrupunda iki oyun keçirən "ağ-qaralar" İspaniyanın "Madrid" klubunu (11:17) və Xorvatiya millisini (21:12) üstələyib.

Xatırladaq ki, "Neftçi SOCAR" Dünya Seriyasının iki mərhələsində - Orlean və Marseldə qalib olub.

İndiyə qədər baş tutan 12 mərhələnin nəticələrinə əsasən, təmsilçimiz ümumi sıralamada 2-ci yerdədir (352 xal).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər