Bu gün Bakıda basketbolun 3x3 növü üzrə dünya kubokunun seçmə mərhələsi bu gün start götürəcək.
Fanat.Az xəbər verir ki, kişilərin yarışında 6 komanda iki qrupda mübarizə aparacaq.
Azərbaycan millisi B qrupunda yarışacaq.
Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdam ibarət yığmamız ilk matçını Kanada ilə keçirəcək. Komandamız qrup mərhələsini Böyük Britaniya ilə matçla başa vuracaq.
A qrupunda Monteneqro, Ruanda, İran, B qrupunda Kanada, Böyük Britaniya, Azərbaycan mübarizə aparacaq.
Qeyd edək ki, hər qrupdan iki komanda yarımfinala yüksələcək.
Dünya kuboku (kişilər) Seçmə mərhələ 24 may
I tur
A qrupu 16:50. Monteneqro - Ruanda
B qrupu 17:15. Kanada –Böyük Britaniya
II tur
A qrupu 18:40. Monteneqro - İran
B qrupu 19:05. Kanada - Azərbaycan
III tur
A qrupu 20:30. Ruanda - İran
B qrupu 20:55. Böyük Britaniya – Azərbaycan