Dünya çempionatı: Azərbaycan millisi Çexiya və Polşa ilə üz-üzə

Dünya çempionatı: Azərbaycan millisi Çexiya və Polşa ilə üz-üzə

Polşanın Varşava şəhərində FIBA ​​3x3 qadın basketbolu üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, Erika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət Azərbaycan millisi bu gün növbəti sınağına çıxır.

A qrupunda yer alan yığma yarışın üçüncü günündə də iki oyun keçirəcək. Ratomir Deliçin baş məşqçisi olduğu təmsilçimiz əvvəlcə Çexiya, ardınca meydan sahibi Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışın ilk günündə keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Dünya çempionatı A qrupu 3 iyun

19:05. Azərbaycan – Çexiya 20:55. Polşa – Azərbaycan

Yarışa iyunun 7-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər